Xəbərlər
Goranboy rayon E. Məmmədov adına Goranlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi İsmayıllı rayonuna ekskursiya edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 07 iyul 2026-cı il tarixində Goranboy rayonunun E. Məmmədov adına Goranlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil edilib. Təşkil olunan səfərin əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin olunması, eləcə də əməkdaşlar arasında qarşılıqlı əməkdaşlıq və kollektiv ruhunun daha da gücləndirilməsi olub. Ekskursiya zamanı iştirakçılar İsmayıllı rayonunun zəngin təbiəti, mənzərəli guşələri və istirahət məkanları ilə tanış olaraq xoş anlar yaşayıblar. Təbiətin qoynunda keçirilən gəzinti iştirakçılara gündəlik iş fəaliyyətindən uzaqlaşaraq mənəvi rahatlıq əldə etmək və səmərəli istirahət etmək imkanı yaradıb. Birgünlük ekskursiya kollektiv üzvlərində xoş təəssüratlar formalaşdırıb və onlar tərəfindən yüksək məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar yaradılan şəraitə və ekskursiyanın nümunəvi şəkildə təşkilinə görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.






