Xəbərlər
Goranboy rayon H. Sarıyev adına Yəhərçi Qazaxlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Tovuz rayonuna ekskursiya edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 02 iyul 2026-cı il tarixində H. Sarıyev adına Yəhərçi Qazaxlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Tovuz rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında ünsiyyət və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də ölkəmizin qərb bölgəsinin zəngin təbiəti, tarixi və turizm potensialı ilə yaxından tanışlıq olub. Səfər çərçivəsində iştirakçılar Tovuz rayonunun görməli məkanlarını ziyarət edib, rayonun füsunkar təbiəti, dağətəyi əraziləri və mənzərəli guşələri ilə yaxından tanış olublar. Gəzinti zamanı kollektiv üzvləri səmərəli istirahət edib, xoş və yaddaqalan anlar yaşayıblar. Ekskursiya iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri yaradılan şəraitə və ekskursiyanın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.





