“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbin kollektivi Şəki rayonuna ekskursiya edib.

02/07/2026, 08:44
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 01 iyul 2026-cı il tarixində Hazırəhmədli kənd tam orta məktəbin kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində iştirakçılar Şəki yaylasına səfər edərək bu füsunkar məkanın əsrarəngiz təbiəti ilə yaxından tanış olublar. Şəki yaylasının sərin dağ havası, yaşıllıqlarla örtülü geniş əraziləri, zəngin bitki örtüyü və gözoxşayan mənzərələri iştirakçılarda xoş ovqat yaradıb. Yaylaqda təşkil olunan gəzinti zamanı kollektiv üzvləri təbiətin qoynunda səmərəli istirahət edib, maraqlı və unudulmaz anlar yaşayıblar. Səfər kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin daha da möhkəmlənməsinə, asudə vaxtın səmərəli təşkilinə mühüm töhfə verib. Ekskursiya iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar yaradılan şəraitə və yüksək səviyyədə təşkil olunan ekskursiyaya görə təşkilatçılara səmimi minnətdarlıqlarını bildirərək, bu cür maarifləndirici və istirahət yönümlü səfərlərin davamlı keçirilməsini arzuladıqlarını ifadə ediblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: