Xəbərlər
Goranboy rayon ilk həmkar təşkilat sədrlərinin iştirakı ilə Səməd Vurğun adına Yaradıcılıq Evinə 3 günlük istirahət proqramı təşkil olunub.

Goranboy rayon ilk həmkar təşkilat sədrlərinin iştirakı ilə Səməd Vurğun adına Yaradıcılıq Evinə 3 günlük istirahət proqramı təşkil olunub. İstirahət müddətində iştirakçılar üçün maarifləndirici söhbətlər, asudə vaxtın səmərəli təşkili və kollektiv ruhun möhkəmləndirilməsinə yönəlmiş müxtəlif fəaliyyətlər həyata keçirilib. Bu təşəbbüs həmkarlar arasında əməkdaşlığın gücləndirilməsinə və işgüzar münasibətlərin daha da möhkəmlənməsinə xidmət edib. Proqram çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Gəncə, Gədəbəy, Goranboy, Şəmkir, Kürdəmir və Ağdaşdan olan ittifaq üzvlərilə Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evində səmimi görüş keçirib. Görüş zamanı təhsil işçilərinin sağlamlığına və mənəvi rahatlığına yönələn təşəbbüslərin real ehtiyaclara söykəndiyi bir daha aydın şəkildə hiss olundu. Səslənən rəy və təkliflər qarşıdakı mərhələdə proqramların daha da təkmilləşdirilməsi üçün mühüm əsas yaradıb. İştirakçılar Səməd Vurğun adına Yaradıcılıq Evinin yaradıcı mühiti ilə yaxından tanış olub, eyni zamanda istirahətin verdiyi müsbət enerji ilə gündəlik iş fəaliyyətlərinə yeni motivasiya qazanıblar. Qeyd edək ki, bu cür təşəbbüslər həmkar təşkilatları arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşların sosial rifahının yüksəldilməsinə və birgə fəaliyyətin daha da inkişafına mühüm töhfə verir.






