Xəbərlər
Goranboy rayon Kələk kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 17 iyul 2026-cı il tarixində Goranboy rayonunun Kələk kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya iştirakçıların asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilib. Səfər zamanı kollektiv üzvləri İsmayıllı rayonunun füsunkar təbiəti, dağ mənzərələri və istirahət məkanları ilə yaxından tanış olublar. Yaşıllıqlarla əhatə olunmuş ərazilərdə keçirilən gəzinti iştirakçılara həm dincəlmək, həm də təbiətin gözəlliklərindən zövq almaq imkanı yaradıb. Səfər boyu xoş əhval-ruhiyyə və səmimi ünsiyyət ekskursiyanı daha da yaddaqalan edib. Birgünlük ekskursiya iştirakçılar tərəfindən maraqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri belə tədbirlərin əməkdaşlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə, eyni zamanda səmərəli istirahətin təşkilinə mühüm töhfə verdiyini qeyd edərək, ekskursiyanın təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.





