Xəbərlər
Goranboy rayon M. Dosiyev adına Qızılhacılı qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Oğuz rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 15 iyul 2026-cı il tarixində Goranboy rayonunun M. Dosiyev adına Qızılhacılı qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Oğuz rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi və ölkəmizin zəngin təbiəti ilə seçilən Oğuz rayonunun turizm potensialı ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər çərçivəsində iştirakçılar Oğuz rayonunun füsunkar təbiətini, yaşıllıqlarla zəngin istirahət məkanlarını və mənzərəli guşələrini ziyarət edərək xoş anlar yaşayıblar. Təmiz dağ havası, gözoxşayan təbii mənzərələr və səmimi atmosfer iştirakçıların istirahətini daha da yaddaqalan edib. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar bu cür tədbirlərin həm asudə vaxtın səmərəli təşkilinə, həm də kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini vurğulayaraq, ekskursiyanın təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.





