Xəbərlər
Goranboy rayon M. Məmmədov adına Xanqərvənd kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 17 iyul 2026-cı il tarixində Goranboy rayonunun M. Məmmədov adına Xanqərvənd kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın təşkilində əsas məqsəd kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, həmçinin əməkdaşlar arasında qarşılıqlı ünsiyyətin və kollektiv ruhunun daha da gücləndirilməsi olub. Səfər çərçivəsində iştirakçılar Gədəbəy rayonunun təbii gözəllikləri, dağlıq əraziləri və görməli məkanları ilə yaxından tanış olublar. Rayonun saf dağ havası, füsunkar mənzərələri və zəngin təbiəti iştirakçılara xoş istirahət bəxş edib, onların unudulmaz təəssüratlarla geri dönmələrinə şərait yaradıb. Birgünlük ekskursiya kollektiv üzvləri tərəfindən yüksək qiymətləndirilib. Səfərin sonunda iştirakçılar təşkil olunan ekskursiyanın səmərəli istirahətə və kollektiv daxilində dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, göstərilən diqqət və qayğıya görə təşkilatçılara səmimi təşəkkürlərini bildiriblər.





