Xəbərlər
Goranboy rayon M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta ümumtəhsil məktəbinin kollektivi Zaqatala rayonuna ekskursiya edib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 10 iyul 2026-cı il tarixində Goranboy rayon M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Zaqatala rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi və ölkəmizin zəngin təbiəti ilə seçilən bölgələrindən biri olan Zaqatala rayonunun turizm imkanları ilə yaxından tanışlıq olub. Səfər çərçivəsində iştirakçılar Zaqatala rayonunun görməli məkanlarını ziyarət edib, rayonun əsrarəngiz təbiəti, sıx meşə örtüyü, dağ mənzərələri və təmiz havasından zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti kollektiv üzvlərinə xoş ovqat bəxş edərək yaddaqalan xatirələrlə yadda qalıb. Ekskursiya iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri təşkilatçılara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür ekskursiyaların kollektiv ruhunun möhkəmlənməsinə və səmərəli istirahətin təşkilinə mühüm töhfə verdiyini qeyd ediblər.




