“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Mənəşli kənd ümumi orta məktəbinin kollektivi Qəbələ rayonuna ekskursiya edib

15/06/2026, 22:30
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 13 iyun tarixində Goranboy rayon Mənəşli kənd ümumi orta məktəbinin kollektivi üçün Qəbələ rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi iştirakçıların asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyət və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də ölkəmizin füsunkar guşələrindən biri olan Qəbələnin tarixi və turizm imkanları ilə yaxından tanış olmaq olub. Səfər zamanı iştirakçılar rayonun görməli yerlərini ziyarət edib, təbiət mənzərələrini seyr edərək xoş və yaddaqalan anlar yaşayıblar. Ekskursiya kollektiv üzvləri tərəfindən maraqla qarşılanıb və onların istirahətinin səmərəli təşkili baxımından əhəmiyyətli olub. Birgünlük səfər iştirakçılarda xoş təəssüratlar yaradıb, onlara yeni enerji və motivasiya qazandıraraq yadda qalan xatirələrlə müşayiət olunub.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: