“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Məşədiqaralar kənd tam orta məktəbinin kollektivi üçün Tovuz rayonuna ekskursiya təşkil olunub.

15/06/2026, 23:02
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin dəstəyi ilə Goranboy rayon Məşədiqaralar kənd tam orta məktəbinin kollektivi üçün Tovuz rayonuna ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində iştirakçılar Tovuz rayonunun füsunkar təbiəti, tarixi və turizm məkanları ilə tanış olub, xüsusilə Əsrik kəndini ziyarət edərək ərazinin gözəlliklərini yaxından izləyiblər. Bununla yanaşı, rayonun digər görməli yerlərinə səfər edən kollektiv üzvləri maraqlı və yaddaqalan anlar yaşayıblar. Səfər iştirakçıların asudə vaxtının səmərəli təşkili, kollektiv daxilində ünsiyyət və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub. Ekskursiya xoş təəssüratlarla yadda qalıb və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: