“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Nizami kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

12/07/2026, 10:52
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 11 iyul 2026-cı il tarixində Goranboy rayon Nizami kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya əməkdaşların asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin edilməsi və kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə həyata keçirilib. Səfər zamanı iştirakçılar İsmayıllı rayonunun təbii gözəllikləri, istirahət məkanları və füsunkar mənzərələri ilə yaxından tanış olublar. Rayonun saf havası və yaşıllıqlarla əhatə olunmuş ərazilərində keçirilən gəzinti kollektiv üzvlərində xoş əhval-ruhiyyə yaradaraq onların yaddaqalan istirahət keçirməsinə şərait yaradıb. Ekskursiya iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Səfərin sonunda kollektiv üzvləri təşkilatçılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, bu cür tədbirlərin əməkdaşlar arasında həmrəyliyin gücləndirilməsinə və səmərəli istirahətin təşkilinə mühüm töhfə verdiyini vurğulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: