“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Qaraçinar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi İsmayıllı rayonuna ekskursiya edib

27/06/2026, 17:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 26 iyun 2026-cı il tarixində Qaraçinar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında qarşılıqlı ünsiyyət və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də ölkəmizin füsunkar bölgələrindən biri olan İsmayıllı rayonunun təbii və turizm potensialı ilə yaxından tanışlıq olub. Səfər çərçivəsində iştirakçılar İsmayıllı rayonunun görməli və istirahət məkanlarını ziyarət edib, rayonun zəngin təbiətini və gözəl mənzərələrini seyr edərək xoş və yaddaqalan anlar yaşayıblar. Birgünlük ekskursiya kollektiv üzvləri tərəfindən maraqla qarşılanıb və onların səmərəli istirahətinin təşkili, kollektiv ruhunun daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub. Səfər iştirakçılarda xoş təəssüratlar yaradaraq yadda qalan xatirələrlə müşayiət olunub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: