“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Qaramusalı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ rayonuna ekskursiya təşkil olunub.

17/07/2026, 13:53
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 16 iyul 2026-cı il tarixində Goranboy rayonunun Qaramusalı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin olunması və kollektiv daxilində qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə həyata keçirilib. Səfər çərçivəsində iştirakçılar Qəbələ rayonunun füsunkar təbiəti, mənzərəli guşələri və istirahət məkanlarını ziyarət edərək bölgənin zəngin turizm imkanları ilə yaxından tanış olublar. Təmiz dağ havası, yaşıllıqlarla əhatə olunmuş ərazilər və ecazkar təbiət mənzərələri iştirakçılarda xoş təəssüratlar yaradıb, onların səmərəli və mənalı istirahətinə şərait yaradıb. Ekskursiya iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri belə tədbirlərin həm asudə vaxtın faydalı təşkilinə, həm də kollektiv ruhunun möhkəmlənməsinə müsbət təsir göstərdiyini qeyd edərək, ekskursiyanın təşkilində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: