“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Qarqucaq kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

13/07/2026, 19:03
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 12 iyul 2026-cı il tarixində Goranboy rayonunun Qarqucaq kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi və kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin daha da gücləndirilməsi olub. Səfər çərçivəsində iştirakçılar İsmayıllı rayonunun füsunkar təbiəti, yaşıllıqlarla əhatə olunmuş istirahət məkanları və mənzərəli guşələri ilə tanış olublar. Təmiz dağ havası və ecazkar təbiət mənzərələri iştirakçılarda xoş ovqat yaradıb, təbiət qoynunda keçirilən gəzinti isə onlara gündəlik iş fəaliyyətindən uzaqlaşaraq səmərəli istirahət etmək imkanı verib. Birgünlük ekskursiya kollektiv üzvləri tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar yaradılan şəraitə və ekskursiyanın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi və iş fəaliyyətində motivasiyanın artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: