Xəbərlər
Goranboy rayon Qurbanzadə kənd R.Bağırov adına ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Göygöl rayonuna ekskursiya təşkil olunub.

7 iyun 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən Qurbanzadə kənd R.Bağırov adına ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi və mənəvi dəyərlərin təbliği məqsədilə Göygöl rayonuna ekskursiya təşkil edilib. Ekskursiya zamanı kollektiv üzvləri rayonun təbii gözəllikləri, füsunkar mənzərələri və turizm məkanları ilə yaxından tanış olublar. Səfər iştirakçılarına bölgənin zəngin təbiəti və tarixi-mədəni irsi haqqında ətraflı məlumat verilib, görməli yerlərə baxış keçirilib. Təşkil olunan ekskursiya əməkdaşların istirahətinin səmərəli keçirilməsinə, kollektiv daxilində ünsiyyətin genişlənməsinə və işgüzar münasibətlərin daha da möhkəmlənməsinə müsbət təsir göstərib. Tədbir çərçivəsində iştirakçılar xoş və maraqlı vaxt keçirərək bölgənin təbii gözəlliklərindən zövq alıblar. İstirahət proqramı iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.




