“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Rəhimli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

14/07/2026, 00:28
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 13 iyul 2026-cı il tarixində Goranboy rayonunun Rəhimli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin edilməsi və ölkəmizin təbii gözəllikləri ilə seçilən bölgələrindən biri olan Gədəbəy rayonunun turizm imkanları ilə yaxından tanışlıq məqsədilə həyata keçirilib. Səfər zamanı iştirakçılar Gədəbəy rayonunun dağlıq ərazilərini, füsunkar təbiətini və görməli məkanlarını ziyarət edərək xoş təəssüratlar əldə ediblər. Təmiz dağ havası, yaşıllıqlarla örtülü mənzərələr və təbiətin ecazkar gözəlliyi iştirakçılara həm dincəlmək, həm də maraqlı vaxt keçirmək imkanı yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən yüksək məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar təşkilatçılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, bu cür ekskursiyaların kollektiv ruhunun gücləndirilməsinə, əməkdaşlar arasında səmimi münasibətlərin inkişafına və səmərəli istirahətin təşkilinə mühüm töhfə verdiyini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: