Xəbərlər
Goranboy rayon Sarovlu kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 22 iyul 2026-cı il tarixində Goranboy rayonunun Sarovlu kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, eyni zamanda ölkəmizin zəngin təbiəti və tarixi-mədəni irsi ilə seçilən bölgələrindən biri olan Şəki rayonunu yaxından tanımaq olub. Səfər çərçivəsində iştirakçılar Şəki rayonunun görməli məkanlarını ziyarət edərək rayonun təbii gözəllikləri, zəngin turizm imkanları və özünəməxsus ab-havası ilə tanış olublar. Gəzinti zamanı iştirakçılar xoş və yaddaqalan anlar yaşayaraq səmərəli istirahət etmək imkanı əldə ediblər. Ekskursiya kollektiv üzvləri tərəfindən məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar yaradılan şəraitə və ekskursiyanın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, belə səfərlərin kollektiv ruhunun güclənməsinə, qarşılıqlı münasibətlərin inkişafına və asudə vaxtın faydalı təşkilinə mühüm töhfə verdiyini qeyd ediblər.




