Xəbərlər
Goranboy rayon Səfikürd kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki rayonuna ekskursiya edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 08 iyul 2026-cı il tarixində Goranboy rayonunun Səfikürd kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, eləcə də əməkdaşlar arasında qarşılıqlı münasibətlərin və kollektiv ruhunun daha da möhkəmləndirilməsi olub. Səfər çərçivəsində iştirakçılar Şəki yaylasını ziyarət edərək təbiətin füsunkar gözəlliklərini yaxından seyr ediblər. Yaylağın sərin iqlimi, saf dağ havası, yaşıllıqlarla örtülü geniş əraziləri və əsrarəngiz mənzərələri iştirakçılarda xoş təəssüratlar yaradıb. Təbiət qoynunda keçirilən gəzinti kollektiv üzvlərinin səmərəli istirahətinə və xoş ovqatla geri dönmələrinə şərait yaradıb. Birgünlük ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri yaradılan şəraitə və yüksək səviyyədə təşkil olunmuş ekskursiyaya görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür səfərlərin gələcəkdə də davam etdirilməsinin faydalı olacağını qeyd ediblər.




