Xəbərlər
Goranboy rayon T. Abbasov adına Baxçakürd kənd tam orta ümumtəhsil məktəbinin kollektivi İsmayıllı rayonuna ekskursiya edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 03 iyul 2026-cı il tarixində Goranboy rayon T. Abbasov adına Baxçakürd kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin möhkəmləndirilməsi, həmçinin ölkəmizin təbii gözəllikləri ilə tanışlığın genişləndirilməsi məqsədilə həyata keçirilib. Səfər zamanı iştirakçılar İsmayıllı rayonunun füsunkar təbiəti, dağ mənzərələri və istirahət məkanlarını ziyarət edərək xoş və yaddaqalan anlar yaşayıblar. Təmiz dağ havası və təbiət qoynunda keçirilən gəzinti kollektiv üzvlərinə səmərəli istirahət imkanı yaradıb və onların yüksək əhval-ruhiyyəsinə müsbət təsir göstərib. Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri yaradılan şəraitə və ekskursiyanın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin kollektiv ruhunun gücləndirilməsi və asudə vaxtın səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.




