“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Tap kəndində görüş keçirilib

24/09/2026, 13:06
xeber1

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev Goranboy rayonunun Tap kəndində olublar. Səfər zamanı ilk olaraq kəndin Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş 43 sakininin xatirəsinə ucaldılmış memorial kompleks ziyarət edilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Həmçinin Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun doğma yurdu olan Tap kəndinin keçdiyi tarixi yol və sakinlərinin Vətən qarşısında göstərdiyi fədakarlıq qeyd edilib. Daha sonra Tap kənd tam orta ümumtəhsil məktəbində tədris prosesinin təşkili, mövcud şərait və məktəbin fəaliyyət istiqamətləri nəzərdən keçirilib, dərslər izlənilib. Pedaqoji kollektivlə görüş zamanı müəllimlərin fikir və təklifləri dinlənilib, tədrisin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Məktəbin şəhid məzununun xatirə lövhəsi önündə onun əziz xatirəsi ehtiramla yad edilib. Səfər çərçivəsində Tap kənd uşaq bağçasına da baş çəkilib. Burada müəssisənin fəaliyyəti, kollektivin iş şəraiti və qarşıya çıxan məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüş və səfər zamanı təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkili, kollektivlərin qarşılaşdığı məsələlərin öyrənilməsi və müvafiq istiqamətlər üzrə dəstəyin göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: