Xəbərlər
Goranboy rayon Todan kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Tovuz rayonuna ekskursiya edib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 06 iyul 2026-cı il tarixində Goranboy rayon Todan kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Tovuz rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində iştirakçılar Tovuz rayonunun zəngin təbiəti, tarixi və turizm məkanları ilə tanış olub, rayonun gözoxşayan mənzərələrini seyr edərək xoş və yaddaqalan anlar yaşayıblar. Səfər zamanı təbiət qoynunda keçirilən gəzinti kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkilinə, mənəvi istirahətinə və əməkdaşlar arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə müsbət təsir göstərib. Ekskursiya iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri yaradılan şəraitə və ekskursiyanın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin davamlı keçirilməsinin kollektiv ruhunun gücləndirilməsi və səmərəli istirahətin təşkili baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.





