“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon ümumtəhsil məktəblərində "20 Yanvar - Ümumxalq Hüzn Günü" ilə bağlı silsilə tədbirlər həyata keçirilib.

20/01/2026, 13:18
xeber1

20 Yanvar – Azərbaycan xalqının yaddaşına qanla həkk olunan, lakin milli qürur və qəhrəmanlıqla xatırlanan tarixdir. 1990-cı il yanvarın 20-də dinc əhaliyə qarşı törədilən bu qanlı faciə xalqımızın azadlıq, müstəqillik və ədalət uğrunda apardığı mübarizənin ən ağır, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Tankların, silahların qarşısına yalın əllə çıxan insanlar bir daha sübut etdilər ki, azadlıq ruhunu heç bir güc sındıra bilməz. Həmin gecə şəhid olan oğul və qızlarımız öz canları bahasına Azərbaycan xalqının azad yaşamaq haqqını bütün dünyaya bəyan etdilər. Onların tökülən qanı müstəqil dövlətimizin təməlini qoydu, milli birliyimizi daha da möhkəmləndirdi. Bu gün biz 20 Yanvar şəhidlərini dərin hörmət və ehtiramla yad edir, onların müqəddəs xatirəsi qarşısında baş əyirik. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq, adları tariximizdə daim yaşayacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: