“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon ümumtəhsil məktəblərində Novruz bayramı münasibətilə silsilə bayram tədbirləri keçirilib.

20/03/2026, 20:56
xeber1

Tədbirlərdə məktəblilərlə yanaşı, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri fəal iştirak edərək bayramın sevincini birgə bölüşüblər. Bayram proqramları çərçivəsində şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, səhnəciklər, şeir və mahnılar təqdim olunub. Milli adət-ənənələrimizi əks etdirən çıxışlar vasitəsilə Novruz bayramının mahiyyəti, onun xalqımızın həyatında tutduğu mühüm yer barədə geniş məlumat verilib. Şagirdlər qədim ənənələrimizi yaşadan obrazlar vasitəsilə milli-mədəni irsimizi nümayiş etdiriblər. Tədbirlərdə Novruzun əsas personajları olan Kosa və Keçəlin iştirakı ilə maraqlı səhnələr qurulub, Bahar qızı isə öz çıxışı ilə tədbirə xüsusi rəng qatıb. Məktəblilərin ifasında təqdim olunan milli rəqslər, musiqi nömrələri və oyunlar tədbirin daha da yaddaqalan keçməsinə səbəb olub. Tonqal ətrafında keçirilən mərasimlərdə uşaqlar bayramın rəmzi olan birlik, həmrəylik və yenilənmə ideyalarını nümayiş etdiriblər. Bununla yanaşı, məktəblərdə bayram sərgiləri təşkil olunub, şagirdlərin əl işlərindən ibarət guşələr nümayiş etdirilib. Səməni, xonça və digər Novruz atributları ilə bəzədilmiş stendlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Milli mətbəximizin nümunələri də təqdim edilərək bayramın ənənəvi ruhu daha da dolğun şəkildə əks etdirilib. Qeyd edək ki, keçirilən bu cür tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, onların vətənpərvərlik ruhunda formalaşdırılması və zəngin mədəni irsimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: