“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Veyisli kənd R.İbrahimov adına tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub.

15/06/2026, 23:21
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin dəstəyi ilə 14 iyun 2026-cı il tarixdə Goranboy rayon Veyisli kənd R.İbrahimov adına tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyət və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, həmçinin ölkəmizin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub. Səfər çərçivəsində kollektiv Şəki şəhərinin tarixi və turistik məkanlarını ziyarət edib, şəhərin qədim tarixi, memarlıq ənənələri, mədəni irsi və turizm potensialı haqqında məlumat əldə edib. Ekskursiya iştirakçıları Şəkinin füsunkar təbiəti, tarixi abidələri və özünəməxsus ab-havası ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Maraqlı və zəngin proqram əsasında təşkil olunan ekskursiya kollektiv üzvlərində xoş təəssüratlar yaradıb, onların asudə vaxtlarının səmərəli və yaddaqalan keçməsinə töhfə verib. Sonda xatirə şəkilləri çəkdirilib və belə tədbirlərin kollektiv ruhunun gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: