“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Xanqərvənd kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

19/07/2026, 10:19
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 18 iyul 2026-cı il tarixində Goranboy rayonunun Xanqərvənd kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, həmçinin kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi olub. Səfər zamanı iştirakçılar Gədəbəy rayonunun əsrarəngiz təbiəti, dağ mənzərələri və istirahət məkanları ilə yaxından tanış olublar. Rayonun saf havası, yaşıllıqlarla əhatə olunmuş əraziləri və təbii gözəllikləri iştirakçılara xoş ovqat bəxş edərək onların yaddaqalan gün keçirməsinə şərait yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən razılıqla qarşılanıb. Səfərin sonunda iştirakçılar göstərilən diqqət və qayğıya, eləcə də yüksək səviyyədə təşkil olunan ekskursiyaya görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: