Xəbərlər
Goranboy rayon Yeniyol kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 21 iyul 2026-cı il tarixində Goranboy rayonunun Ç. Hümbətov adına Yeniyol kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya əməkdaşların asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, kollektiv üzvləri arasında qarşılıqlı əməkdaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilib. Səfər zamanı iştirakçılar İsmayıllı rayonunun zəngin təbiəti, füsunkar mənzərələri və istirahət məkanları ilə yaxından tanış olublar. Təmiz dağ havası, yaşıllıqlarla örtülü ərazilər və təbiətin ecazkar gözəllikləri iştirakçılara xoş ovqat bəxş edərək onların səmərəli istirahətinə və yaddaqalan anlar yaşamasına şərait yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən yüksək qiymətləndirilib. Səfərin sonunda iştirakçılar belə tədbirlərin əməkdaşlar arasında ünsiyyətin daha da inkişaf etdirilməsinə, kollektiv ruhunun gücləndirilməsinə və iş fəaliyyətinə müsbət motivasiya qazandırılmasına xidmət etdiyini vurğulayaraq, ekskursiyanın təşkilinə görə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.





