“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Yolqulular kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub.

19/07/2026, 11:09
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən Goranboy rayonunun Yolqulular kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi və ölkəmizin zəngin tarixi-mədəni irsi ilə seçilən bölgələrindən biri olan Şəki rayonu ilə yaxından tanış olmaları məqsədilə təşkil edilib. Səfər çərçivəsində iştirakçılar Şəki rayonunun görməli məkanlarını ziyarət edərək rayonun özünəməxsus təbiəti, füsunkar mənzərələri və turizm imkanları ilə tanış olublar. Gəzinti iştirakçılara həm səmərəli istirahət etmək, həm də xoş və yaddaqalan anlar yaşamaq imkanı yaradıb. Birgünlük ekskursiya kollektiv üzvlərində xoş təəssüratlar yaradıb. Səfərin sonunda iştirakçılar təşkilatçılara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, belə ekskursiyaların kollektiv üzvlərinin motivasiyasının artırılmasına və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: