Xəbərlər
Goranboy rayon Zeyvə kənd uşaq bağçasının kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil edildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 05 iyul 2026-cı il tarixində Goranboy rayon Zeyvə kənd uşaq bağçasının kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Səfər çərçivəsində iştirakçılar Şəki rayonunun füsunkar təbiəti ilə seçilən Şəki yaylasını ziyarət ediblər. Yaylağın sərin iqlimi, saf dağ havası, zəngin bitki örtüyü və gözoxşayan mənzərələri kollektiv üzvlərində xoş təəssüratlar yaradıb. Təbiət qoynunda təşkil olunan gəzinti iştirakçılara gündəlik iş rejimindən uzaqlaşaraq səmərəli istirahət etmək və yaddaqalan anlar yaşamaq imkanı verib. Ekskursiya kollektiv üzvləri arasında ünsiyyətin daha da möhkəmlənməsinə, komanda ruhunun inkişafına və asudə vaxtın səmərəli təşkilinə müsbət təsir göstərib. Səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri ekskursiyanın yüksək səviyyədə təşkilinə və yaradılan şəraitə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsini arzuladıqlarını qeyd ediblər.




