“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonu Abbasqullar kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Tovuz rayonuna ekskursiya təşkil olunub.

30/07/2026, 13:48
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 29 iyul 2026-cı il tarixində Goranboy rayonunun Abbasqullar kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Tovuz rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, eləcə də Tovuz rayonunun təbii gözəllikləri və turizm imkanları ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər zamanı iştirakçılar Tovuz rayonunun mənzərəli guşələrini ziyarət edib, rayonun saf təbiəti, yaşıllıqlarla zəngin əraziləri və istirahət məkanlarında xoş vaxt keçiriblər. Gəzinti iştirakçılara həm mənəvi rahatlıq bəxş edib, həm də kollektiv üzvləri arasında səmimi ünsiyyətin və həmrəyliyin daha da möhkəmlənməsinə şərait yaradıb. Ekskursiya iştirakçılar tərəfindən yüksək razılıqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri təşkilatçılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, belə tədbirlərin əməkdaşların motivasiyasının artırılmasına və sağlam istirahət ənənələrinin təşviqinə mühüm töhfə verdiyini qeyd ediblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: