Xəbərlər
Goranboy rayonu Düzqışlaq kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Oğuz rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 26 iyul 2026-cı il tarixində Goranboy rayonunun Düzqışlaq kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Oğuz rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya əməkdaşların asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi və ölkəmizin füsunkar təbiəti ilə seçilən Oğuz rayonunun turizm imkanları ilə yaxından tanış olmaları məqsədilə təşkil edilib. Səfər çərçivəsində iştirakçılar Oğuz rayonunun gözəl təbiət guşələrini və istirahət məkanlarını ziyarət edərək təmiz dağ havasından, yaşıllıqlarla əhatə olunmuş mənzərələrdən və rayonun özünəməxsus təbii gözəlliklərindən zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti iştirakçılara həm dincəlmək, həm də xoş və yaddaqalan anlar yaşamaq imkanı yaradıb. Birgünlük ekskursiya kollektiv üzvləri tərəfindən böyük razılıqla qarşılanıb. Səfərin sonunda iştirakçılar göstərilən diqqətə və yaradılan şəraitə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür ekskursiyaların sağlam istirahətin təşviqinə, kollektiv daxilində mehriban münasibətlərin möhkəmlənməsinə və iş fəaliyyətinə müsbət motivasiya qazandırılmasına xidmət etdiyini qeyd ediblər.





