Xəbərlər
Goranboy rayonu Gülməmmədli kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 04 avqust 2026-cı il tarixində Goranboy rayonunun Gülməmmədli kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi və İsmayıllı rayonunun zəngin təbii sərvətləri, füsunkar mənzərələri və turizm imkanları ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər proqramı çərçivəsində iştirakçılar İsmayıllı rayonunun görməli məkanlarını ziyarət edib, təmiz dağ havası, sıx meşələri və ecazkar təbiət mənzərələri ilə zəngin istirahət guşələrində xoş vaxt keçiriblər. Gəzinti iştirakçılarda unudulmaz təəssüratlar yaradaraq onların mənəvi istirahətinə müsbət təsir göstərib. Səfərin sonunda kollektiv üzvləri ekskursiyanın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin həm sağlam istirahətin təşviqinə, həm də kollektiv üzvləri arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.





