“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonu Nərimanlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

01/08/2026, 13:33
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 31 iyul 2026-cı il tarixində Goranboy rayonunun H. Abdullayev adına Nərimanlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi və ölkəmizin təbii gözəllikləri ilə seçilən Gədəbəy rayonunun turizm imkanları ilə yaxından tanış olmaları məqsədilə təşkil edilib. Səfər çərçivəsində iştirakçılar Gədəbəy rayonunun füsunkar təbiətini seyr etməklə yanaşı, Narzan bulağını ziyarət edərək onun özünəməxsus təbii xüsusiyyətləri ilə tanış olublar. Təmiz dağ havası, yaşıllıqlarla əhatə olunmuş mənzərələr və Narzan bulağının ətrafındakı təbii gözəlliklər iştirakçılarda xoş təəssüratlar yaradıb və onların istirahətini daha da yaddaqalan edib. Ekskursiya kollektiv üzvləri tərəfindən yüksək məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar belə tədbirlərin həm asudə vaxtın səmərəli təşkilinə, həm də kollektiv ruhunun möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayaraq, ekskursiyanın təşkilində əməyi olan hər kəsə səmimi təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: