“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonu Qarasuçu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Ağcakənd qəsəbəsinə ekskursiya təşkil olunub

28/07/2026, 17:09
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 28 iyul 2026-cı il tarixində Goranboy rayonu Qarasuçu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Goranboy rayonunun Ağcakənd qəsəbəsinə birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, həmçinin Ağcakənd qəsəbəsinin füsunkar təbiəti və istirahət imkanları ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər çərçivəsində iştirakçılar Ağcakənd qəsəbəsinin yaşıllıqlarla əhatə olunmuş təbiət guşələrini gəzərək təmiz dağ havasından və gözoxşayan mənzərələrdən zövq alıblar. Səmimi ab-hava şəraitində keçirilən istirahət proqramı iştirakçılara xoş ovqat bəxş edib, onların yaddaqalan və mənalı gün keçirmələrinə şərait yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar göstərilən diqqətə və yaradılan şəraitə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür ekskursiyaların kollektiv üzvləri arasında həmrəyliyin möhkəmlənməsinə və asudə vaxtın səmərəli təşkilinə mühüm töhfə verdiyini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: