“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonu Qızılhacılı qəsəbə 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Göygöl rayonuna ekskursiya təşkil olunub.

26/07/2026, 12:18
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 25 iyul 2026-cı il tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbə 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Göygöl rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, eləcə də ölkəmizin təbiət incilərindən biri olan Göygöl rayonunun füsunkar gözəllikləri ilə yaxından tanış olmaları olub. Səfər çərçivəsində iştirakçılar Göygöl rayonunun görməli məkanlarını ziyarət edib, əsrarəngiz təbiəti, sıx meşələri, sərin dağ havası və gözoxşayan mənzərələrindən zövq alıblar. Təbiət qoynunda keçirilən istirahət proqramı kollektiv üzvlərində xoş ovqat yaradaraq onlara yaddaqalan anlar yaşadıb. Birgünlük ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri bu cür tədbirlərin əməkdaşlar arasında həmrəyliyin və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə, eyni zamanda səmərəli istirahətin təşviqinə mühüm töhfə verdiyini qeyd edərək, ekskursiyanın təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: