Xəbərlər
Goranboy rayonu Sarov kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 27 iyul 2026-cı il tarixində Goranboy rayonunun Ə. Fərəcov adına Sarov kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, həmçinin ölkəmizin təbii gözəllikləri ilə seçilən bölgələrindən biri olan Gədəbəy rayonunun turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar Gədəbəy rayonunun füsunkar təbiəti, dağ mənzərələri və istirahət məkanlarını ziyarət edərək bölgənin saf havasından və gözoxşayan təbii gözəlliklərindən zövq alıblar. Təbiət qoynunda keçirilən istirahət proqramı iştirakçılara həm mənəvi rahatlıq bəxş edib, həm də unudulmaz təəssüratlar qazandırıb. Birgünlük ekskursiya kollektiv üzvləri tərəfindən yüksək məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar belə səfərlərin asudə vaxtın faydalı təşkili, kollektiv üzvləri arasında həmrəyliyin gücləndirilməsi və əməkdaşlıq münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ekskursiyanın təşkilində əməyi olan hər kəsə səmimi təşəkkürlərini bildiriblər.



