“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonu T. Əliqulu adına Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Ağcakənd qəsəbəsinə gəzinti təşkil olunub.

16/07/2026, 09:02
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 15 iyul 2026-cı il tarixində Goranboy rayonunun T. Əliqulu adına Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Goranboy rayonunun Ağcakənd qəsəbəsinə birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, əməkdaşlar arasında ünsiyyətin və kollektiv ruhunun daha da gücləndirilməsi olub. Səfər çərçivəsində iştirakçılar Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Gold Gülüstan İstirahət Mərkəzinin yaşıllıqlarla əhatə olunmuş ərazisində dincələrək xoş vaxt keçirib, təbii gözəlliklərdən zövq alıblar. Səmimi ab-hava şəraitində keçirilən istirahət proqramı kollektiv üzvlərinə gündəlik iş fəaliyyətindən uzaqlaşaraq mənalı və yaddaqalan gün keçirmək imkanı yaradıb. Ekskursiya iştirakçılar tərəfindən məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri yaradılan şəraitə və göstərilən diqqətə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Sosial şəbəkələrdə paylaş: