“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonu Tap kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Tovuz rayonuna ekskursiya təşkil olunub.

01/08/2026, 13:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 31 iyul 2026-cı il tarixində Goranboy rayonunun F. Rüstəmov adına Tap kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Tovuz rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, eləcə də ölkəmizin qərb bölgəsinin zəngin təbiəti və turizm imkanları ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər çərçivəsində iştirakçılar Tovuz rayonunun füsunkar təbiət guşələrini, yaşıllıqlarla zəngin ərazilərini və istirahət məkanlarını ziyarət edərək xoş və yaddaqalan anlar yaşayıblar. Rayonun saf havası, gözoxşayan mənzərələri və səmimi ab-havası iştirakçılara mənəvi rahatlıq bəxş edib, onların səmərəli istirahətinə əlverişli şərait yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar bu cür tədbirlərin kollektiv daxilində həmrəyliyin və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, eyni zamanda əmək fəaliyyətində motivasiyanın artırılmasına müsbət təsir göstərdiyini qeyd edərək, ekskursiyanın təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: