Xəbərlər
Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 03 avqust 2026-cı il tarixində Goranboy rayonunun N. Aslanov adına Tapqaraqoyunlu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, eyni zamanda Şəki rayonunun zəngin təbiəti, tarixi-mədəni irsi və turizm potensialı ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər çərçivəsində iştirakçılar Şəki rayonunun füsunkar təbiətini və görməli məkanlarını ziyarət edərək bölgənin özünəməxsus gözəlliklərini yaxından müşahidə ediblər. Rayonun saf dağ havası, yaşıllıqlarla örtülü mənzərələri və sakit mühiti iştirakçılarda xoş ovqat yaradaraq onların səmərəli və yaddaqalan istirahət etmələrinə imkan verib. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar belə tədbirlərin kollektiv həmrəyliyinin möhkəmlənməsinə, əməkdaşlar arasında qarşılıqlı münasibətlərin inkişafına və asudə vaxtın faydalı təşkilinə mühüm töhfə verdiyini qeyd edərək, ekskursiyanın yüksək səviyyədə təşkilinə görə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.




