“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonu üzrə təşkilatlarda çalışan ittifaq üzvlərinə bayram hədiyyələri təqdim edildi.

16/03/2026, 17:34
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi tərəfindən üzv təşkilatlarda çalışan pedaqoji və texniki kollektivə Novruz bayramı münasibəti ilə bayram hədiyyələri təqdim edildi.


Novruz bayramı xalqımızın zəngin milli-mənəvi dəyərlərini, birlik və həmrəyliyi özündə əks etdirən ən əziz bayramlardan biri kimi qeyd olunur. Bu münasibətlə təqdim olunan hədiyyələr təhsil müəssisələrində çalışan ittifaq üzvlərinə göstərilən diqqət və qayğının ifadəsi kimi dəyərləndirilib.


Hədiyyələri qəbul edən ittifaq üzvləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, Novruz bayramının hər kəsə sevinc, ruzi-bərəkət və xoş günlər gətirməsini arzulayıblar. Bayram münasibətilə məktəblərdə səmimi və xoş ovqat hiss olunub. Hədiyyələrin təqdimatı zamanı qarşılıqlı xoş sözlər və bayram arzuları səsləndirildi.


Üzvlərimiz adından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz təşəkkürümüzü bildiririk.


Novruz bayramı münasibətilə bütün təhsil işçilərini səmimi qəlbdən təbrik edir, işlərində uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: