Xəbərlər
Goranboy rayonu Yeni Veyisli qəsəbə tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 04 avqust 2026-cı il tarixində Goranboy rayonunun Yeni Veyisli qəsəbə tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və İsmayıllı rayonunun zəngin təbiəti, turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər zamanı iştirakçılar İsmayıllı rayonunun füsunkar təbiət guşələrini, yaşıllıqlarla əhatə olunmuş istirahət məkanlarını və mənzərəli ərazilərini ziyarət ediblər. Rayonun saf havası, dağ mənzərələri və sakit mühiti iştirakçılara xoş ovqat bəxş edərək onların yaddaqalan və səmərəli istirahət keçirmələrinə şərait yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən razılıqla qarşılanıb. Səfərin sonunda iştirakçılar bu cür tədbirlərin həm mənəvi istirahətin təşkilinə, həm də kollektiv daxilində birlik və əməkdaşlıq mühitinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, ekskursiyanın təşkilində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.




