“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə şəhid övladları ilə görüş keçirildi.

01/06/2026, 16:33
xeber1

Goranboy Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar ittifaqı Goranboy rayon komitəsinin birgə təşkilatçılığı ilə "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə şəhid övladları ilə görüş keçirildi. Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü"ndə şəhidlərimizin azyaşlı övladlarnı bayram münasibətilə təbrik edərək onlara xoşbəxt və firavan gələcək arzuladı. Bildirdi ki, şəhid ailələri və onların övladları daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. İcra başçısı səmimi söhbət zamanı uşaqların qayğıları ilə maraqlandı. Görüş zamanı şəhid övladları ilə səmimi söhbətlər aparılıb, onların təhsil, asudə vaxtlarının təşkili və gələcək planları ilə maraqlanılıb. Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar ittifaqı Goranboy rayon komitəsinin dəstəyi ilə uşaqlara bayram hədiyyələri təqdim edildi. Tədbirdə çıxış edən valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Görüş iştirakçılarda xoş təəssüratlar yaradaraq, uşaqların sevincinə və bayram əhval-ruhiyyəsinə töhfə verib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: