“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda "2 Fevral – Azərbaycan Gəncləri Günü" münasibətilə gənc müəllimlərlə görüş keçirilib

02/02/2026, 16:44
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin təşkilatçılığı və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun dəstəyi ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Goranboy rayonunda yüksək nəticələr əldə etmiş gənc müəllimlərlə görüş keçirilib. Tədbirdə Goranboy–Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov çıxış edərək gənc müəllimlərin təhsildə tətbiq etdikləri innovativ yanaşmaların və əldə etdikləri nailiyyətlərin gələcək nəsillərin formalaşmasında mühüm rol oynadığını bildirib. O, gənc kadrların potensialının dəstəklənməsinin təhsil sahəsində davamlı inkişaf üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev isə çıxışında gənc müəllimlərin peşəkar inkişafına, sosial rifahının yaxşılaşdırılmasına və əməyinin qiymətləndirilməsinə Həmkarlar İttifaqı tərəfindən daim xüsusi diqqət yetirildiyini qeyd edib. O, bu cür tədbirlərin gənc müəllimlər üçün mühüm motivasiya mənbəyi olduğunu bildirib. Görüşün sonunda yüksək nəticələr əldə etmiş müəllimlər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: