“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş şahmat idman növü üzrə turnir keçirildi.

17/12/2025, 23:12
xeber1

9-17 dekabr 2025-ci il tarixlərdə Goranboy Şahmat Məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy rayon UGİŞM-nin birgə təşkilatçılığı ilə "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş şahmat idman növü üzrə Goranboy rayon turniri keçirildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən natiqlər idmanın uğurlu inkişaf yolundan söz açaraq, iştirakçılara uğurlar arzuladılar. Yarışda 4 yaş qrupu üzrə oğlanlardan 59 nəfər, 3 yaş qrupu üzrə qızlardan 14 nəfər iştirakçı qalibiyyət uğrunda mübarizə aparıb. Sonda qadınlar və kişilər arasında yaş qrupu üzrə I, II, III yerləri tutmuş iştirakçılar diplom və medallarla mükafatlandırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: