“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il"in gəlişi münasibətilə şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirildi.

25/12/2025, 21:01
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni ilin gəlişi ilə əlaqədar, Goranboy Olimpiya İdman Kompleksində şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirildi. Tədbirdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev, şəhid ailələri, rayon ağsaqqalları və digər natiqlər şəhid övladlarını "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il"in gəlişi münsibətilə təbrik edərək, xoş arzular səsləndirdilər. Şəhid övladları üçün bayram şənliyi təşkil olundu, uşaqlara bayram hədiyyələri təqdim edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: