Xəbərlər
Goranboy rayonunda "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" qeyd edilib.

Goranboy rayonunda "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" qeyd edilib.
5 mart 2026-cı il tarixdə Goranboy Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində "5 mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş idman ictimaiyyətinin iştirakı ilə görüş təşkil edildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən natiqlər idmanın inkişafına göstərilən diqqət və qayğıdan, həmçinin "Bədən Tərbiyəsi və İdman Günü"nün təsis edilmə tarixindən söz açaraq bütün idman ictimaiyyətini təbrik etdilər. Ənənəvi olaraq il ərzində idman sahəsinin inkişafında göstərdikləri xidmətlərə görə məşqçi-müəllimlər və idmançılar fəxri fərmanlarla təltif olundular. Sonda xatirə şəkli çəkildi.

























































