Xəbərlər
Goranboy rayonunda "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş velosiped idman növü üzrə turnir keçirildi.

04 mart 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Goranboy UGİŞM-in birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş velosiped idman növü üzrə Goranboy rayon turniri keçirildi. Tədbirdə Ümummilli lider Heydər Əliyev və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edildi. Turnirdə UGİŞM-in nəzdində yaradılmış velosiped bölməsi və digər iştirakçılar olmaqla 28 idmançı iştirak etdi. Tədbirdə çıxış edən natiqlər ölkəmizdə idman sahəsində atılan addımlar, bu sahədə aparılan uğurlu siyasət və inkişaf barədə tədbir iştirakçılarına geniş məlumat verdilər. Qarşıdan gələn bayram münasibəti ilə iştirakçıları təbrik etdilər. Gərgin mübarizə şəraitində keçən turnirdə Hüseynov Səid I yeri, Abbaszadə Uğur II yeri, Məmmədov Emil III yeri qazandı. Turnirdə yer tutmuş idmançılar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə velosiped bölməsinin yeni təsis olunması və idmançıların həvəsləndirilməsi məqsədi ilə bütün iştirakçılar ETİHİ-nin Goranboy rayon komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldılar.


















