“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə bayram tədbiri keçirildi.

06/03/2026, 14:12
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy-Naftalan üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə bayram tədbiri keçirildi.


Tədbirin keçirilməsində əsas məqsəd təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən qadınların əməyini yüksək qiymətləndirmək, onların cəmiyyətin inkişafında və gənc nəslin yetişdirilməsində göstərdikləri xidmətləri vurğulamaq olmuşdur. Tədbirdə çıxış edən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov və ETİHİ Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev qadınların cəmiyyətin bütün sahələrində, xüsusilə də təhsil sahəsində mühüm rol oynadığını bildirərək, onların gələcək nəslin formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib. Natiqlər həmçinin qadınların fədakar əməyinin daim yüksək qiymətləndirildiyini vurğulayaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.


Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə bir sıra qadın əməkdaşa gül buketləri və fəxri fərmanlar təqdim olundu.


Əziz qadınlar, "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə sizi səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və həyatınızın bütün sahələrində uğurlar arzulayırıq. Bayramınız mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: