“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda "8 Noyabr - Zəfər Günü" münasibətilə gənclər arasında intellektual müsabiqə təşkil olunub

06/11/2026, 11:48
xeber1

“Goranboy 2026 – Gənclər Paytaxtı” layihəsi çərçivəsində, "8 Noyabr – Zəfər Günü" münasibəti ilə gənclər arasında "Kahoot" platforması üzərindən “Milli rəmzlər" üzrə intellektual müsabiqə təşkil olunub


05 noyabr 2026-cı il tarixində təşkil edilmiş müsabiqə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi, Goranboy-Naftalan rayonları üzrə Təhsil sektoru, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər evinin birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin iştirakı ilə, Goranboy Olimpiya İdman Kompleksinin akt zalında keçirildi.


Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən natiqlər "Zəfər Günü"nün tarixi əhəmiyyəti, milli rəmzlərimizin dövlətçilik tariximizdəki yeri və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyi vurğuladılar. Kahoot platformasında keçirilən müsabiqədə gənclər milli rəmzlərimiz və dövlətçilik tariximizlə bağlı biliklərini nümayiş etdiriblər.


Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdlərindən ibarət 14 komandanın iştirakı ilə gərgin və maraqlı keçən mübarizənin sonunda qalib komandalar müəyyənləşib:

I Yer – Rəhimli kənd tam orta ümumtəhsil məktəbinin “Qarabağ” komandası;

II Yer – Qarasuçu kənd tam orta ümumtəhsil məktəbinin “Qarabağ-44” komandası;

III Yer – Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin “Mübarizlər” komandası.

Müsabiqənin sonunda I yerin qalibi olmuş komanda diplom və qiymətli hədiyyələrlə, II və III yerin qalibi olmuş komandalar müvafiq diplomla mükafatlandırıldı. Qalib komandaları təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: