“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda Ağırlıqqaldırma idman növü üzrə turnir keçirildi.

11/05/2026, 22:50
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun və Goranboy UGİM-in birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Ağırlıqqaldırma idman növü üzrə Goranboy rayon turniri keçirildi. Tədbirdə çıxış edən natiqlər “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan ağırlıqqaldırma turnirinin əhəmiyyətindən bəhs edərək bu cür yarışların gənclərin fiziki inkişafında, sağlam həyat tərzinin təbliğində və idmana marağın artırılmasında mühüm rol oynadığını vurğulamış, yarışın iştirakçılar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, sağlam rəqabət mühitinin formalaşmasına və idman sahəsində yeni uğurların əldə olunmasına töhfə verdiyini qeyd edərək, bütün iştirakçılara uğurlar arzulamışlar. Goranboy rayonu Nərimanlı kənd tam orta ümumtəhsil məktəbində təşkil olunmuş turnirə Goranboy UGİM, Goranboy UGİŞM, Gəncə və Samux komandalarından 50-dən çox idmançı qatıldı. Sonda yer tutmuş idmançılar təşkilat komitəsinin müvafiq diplom, medal və kubokları ilə mükafatlandırıldılar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: