Xəbərlər
Goranboy rayonunda "Bahar Gəlir" adlı tədbir keçirilib

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun nəzdində fəaliyyət göstərən Goranboy rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramı münasibətilə bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyev və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşadan mühüm bayramlardan biri olduğunu vurğulayaraq iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar. Çıxışlarda Novruzun insanlar arasında birlik və həmrəyliyi möhkəmləndirən, milli-mədəni irsimizin qorunub saxlanılmasına töhfə verən bayram olduğu qeyd olunub. Tədbirin bədii hissəsində Novruz bayramının ruhuna uyğun musiqi və rəqs nümunələri təqdim olunub. Həmçinin Novruzun ənənəvi obrazları olan Kosa və Keçəl, eləcə də Bahar qızı səhnəyə çıxaraq bayram əhval-ruhiyyəsini daha da canlandırıblar. Onların iştirakı ilə təqdim olunan səhnəciklər və rəqs nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Bayram tədbiri yüksək əhval-ruhiyyə şəraitində davam edib və iştirakçılar Novruz bayramının sevincini birlikdə bölüşüblər.





















